İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 305 namizəd qeydiyyatdan keçib

İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 305 namizəd qeydiyyatdan keçib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə iyunun 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
İmtahanda iştirak etmək üçün qeydiyyat iyunun 8-i saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 18:20-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 305 (BA - 91, BB - 214) namizəd qeydiyyatdan keçib.

Tehsil-press.az


Oxşar xəbərlər