Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Yeni Azərbaycan Partiyası (YAP) təşkilatının hesabat konfransı keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının rəhbərliyi, müəllim və tələbə heyəti, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və müavini Altay Məmmədov iştirak ediblər.
ADPU Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova konfransın gündəliyindəki iki əsas məsələni iştirakçıların nəzərinə çatdırıb.
Filialın YAP təşkilatının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılov ADPU Şamaxı filialının Yeni Azərbaycan Partiyası təşkilatının VI qurultaydan sonrakı dövr ərzində gördüyü işlərlə bağlı hesabatla çıxış edib.
Sonra filialın YAP təşkilatına yeni sədr və müavinin təyin olunması bütün tədbir iştirakçıları arasında açıq səsverməyə qoyulub. Səsvermə nəticəsində filialın YAP təşkilatına sədr olaraq Sosial və pedaqoji elmlər kafedrasının müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılov və filialın məzunu, gənc işçisi, YAP-ın fəallarından olan Nazilə Yaqubova sədr müavini seçilib.
Sosial və pedaqoji elmlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru Mayıl Alıcanov, Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova və filialın Tələbə Elmi Cəmiyyətinin sədri İlhamə Sultanova çıxışlarında YAP-ın uzunmüddətli, uğurlu fəaliyyətindən bəhs ediblər.
YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı çıxışında ADPU-nun Şamaxı filialının fəaliyyətini yüksək qiymətləndirib.
Tehsil-press.az