Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev İsrailin Holon Texnologiya İnstitutunda olublar.
İsrailin İnnovativ Texnologiyalar Qrupu MMC-nin prezidenti Michael Frenkelin də iştirak etdiyi görüşdə Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov rəhbərlik etdiyi institut və orada aparılan tədris, elmi-tədqiqat işləri haqqında məlumat verib. E.Yakubov səfərin BDU ilə Holon Texnologiya İnstitutu arasında əməkdaşlığa yeni başlanğıc olacağını qeyd edərək əlaqələrin gələcəkdə bir çox sahələrdə genişlənəcəyinə əminliyini vurğulayıb.
Bakı Dövlət Universiteti haqqında məlumat verən rektor Elçin Babayev tələbələrin maraqlarından danışıb və Holon Texnologiya İnstitutu ilə əməkdaşlığın bu maraqların reallaşdırılacağında rolu olacağına ümidvar olduğunu bildirib.
Holon Texnologiya İnstitutunun Tədqiqat, İnnovasiya və Beynəlxalq Müəssisələr Təşkilatının rəhbəri Refael Barkan gələcəkdə bu institutun İnnovasiya və Sahibkarlıq Mərkəzində gerçəkləşdiriləcək yeni HandZone Sürətləndirmə proqramı daxil olmaqla innovativ yanaşması haqqında məlumat verib.
BDU, Holon Texnologiya İnstitutu və İsrailin İnnovativ Texnologiyalar Qrupu MMC arasında birgə elmi konfranslar, ikitərəfli və çoxtərəfli qrant layihələrində iştirak, tələbə-müəllim mübadilə proqramları, innovativ tədqiqat və sahibkarlıq üzrə birgə tədris və akademik proqramların hazırlanması kimi əməkdaşlıq imkanları müzakirə olunub.
Nümayəndə heyəti Holon Texnologiya İnstitutunun “Vitrin Qalereyası” və Dizayn fakültəsi məzunlarının sərgisində iştirak edib, institutun əsas tədqiqat və tədris laboratoriyalarında olublar.
Səfərin nəticəsi olaraq tərəflər əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün lazımi sənədləşmə işlərinin aparılması və müzakirələrin davam etdirilməsi haqqında razılıq əldə ediblər.
Görüş Holon Texnologiya İnstitutu, İsrailin İnnovativ Texnologiyalar Qrupu MMC və BDU arasında əməkdaşlıq haqqında Protokolun imzalanması ilə başa çatıb.
BDU-nun Mətbuat Xidməti