UFAZ və JOCAP arasında tədqiqat və məşğulluq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

UFAZ və JOCAP arasında tədqiqat və məşğulluq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib Azərbaycan-Fransız Universitetində (UFAZ) “Absheron Petroleum B.V” Birgə Əməliyyat Şirkətinin (JOCAP) rəhbərliyi ilə görüş olub.
JOCAP-ın icraçı direktoru Lionel Tomas, icraçı direktorun müavini Kamil Məmmədov, insan resursları və inzibati işlər üzrə direktor Südabə Xəlilova, Azərbaycan-Fransız Universitetinin baş katibi Elizaveta BIdanova, Tədqiqat departamentinin rəhbəri Filip Turek, Təhsil şöbəsinin müdiri Lətifə Nəsibovanın iştirak etdikləri görüşdə UFAZ-ın icraçı direktoru Vazeh Əskərov universitetin tədris və laboratoriya binaları haqqında ətraflı məlumat verib.
Qonaqlar universitetdə tədris prosesi ilə tanış olublar.
Görüş zamanı JOCAP və UFAZ arasında tədris, tədqiqat və məşğulluq sahəsində əməkdaşlıq imkanları, eyni zamanda, tələbələrin təcrübə məsələsi müzakirə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər