Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub Azərbaycana səfərə gəlmiş Rusiya Elmlər Akademiyasının (REA) prezidenti akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub.
İnstitutun laboratoriyaları ilə tanışlıq zamanı qonaqlara burada aparılan tədqiqat işləri və kadr hazırlığı, eləcə də müasir avadanlıq və texnologiyaların iş prinsipləri barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti ilə keçirilən görüşdə “Rusiya Elmlər Akademiyası ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri” mövzusunda təqdimat edilib. Qonaqlara AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin yaranma tarixi, bölməyə daxil olan institutlar, bu elmi müəssisələr tərəfindən müxtəlif elmi istiqamətlər üzrə əldə olunmuş mühüm elmi və praktiki nəticələr, eləcə də Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında məlumat verilib. Həmçinin “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin AMEA və REA arasında əməkdaşlığın yeni mərhələsini təşkil etdiyi vurğulanıb.
Tədbirdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb, müştərək layihələrin icrası istiqamətində təkliflər irəli sürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər