Ankarada Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) və Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) rəhbərlikləri arasında görüş keçirilib. TÜBİTAK-ın prezidenti professor Hasan Mandal Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və həmin institutun nəzdində yaradılmış "Sabah.lab" Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlını qəbul edib. Görüşdə TÜBİTAK-ın İkitərəfli və çoxtərəfli əlaqələr şöbəsinin rəhbəri Dursun Can Özcan, Elmi təqaüdlər və qrant proqramları şöbəsinin müdiri dosent Ömer Faruk Ursavaş, Elm, texnologiya və innovasiya siyasəti şöbəsinin müdiri Hande Alpaslan və baş mütəxəssisi Müslüm Güzel iştirak ediblər.
Görüş zamanı TÜBİTAK-ın təcrübəsindən irəli gələn və ARTİ-nin yararlana biləcəyi layihələr müzakirə olunub. Ali təhsil müəssisələrinin tədqiqat və inkişaf potensialının artırılması üçün dəstək proqramları, yeni texnoloji ideyalar və məhsulların tədqiqi layihələri, sosial və humanitar elmlərdə innovativ layihələrə dəstək proqramları çərçivəsində birgə əməkdaşlıq nəzərdən keçirilib.
Həmçinin ali təhsildə tədqiqat, ixtira və innovasiya potensialının artırılmasının konseptual məsələləri ilə yanaşı, beynəlxalq tədqiqatçılar üçün tədqiqat təqaüd proqramı, qonaq və ya akademik məzuniyyət götürmüş elm adamını dəstəkləmə proqramı, innovativ ideyalara inkubasiya dövründə dəstək proqramları və doktorantura səviyyəsində birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb. TÜBİTAK-ın Türkiyə ali təhsil məkanı ilə bağlı apardığı innovasiya həcmi və keyfiyyəti araşdırma nəticələri maraqla qarşılanıb.
Sonda qısa müddət ərzində TÜBİTAK ilə ARTİ arasında elm və texnologiya sahəsində birgə fəaliyyət planının və ikitərəfli əməkdaşlıq müqaviləsinin hazırlanması razılaşdırılıb.
Tehsil-press.az