Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Prosol” QSC ilə görüş keçirilib.
Kibertəhlükəsizliyin müasir dünyada önəmini vurğulayan rektor professor Mustafa Babanlı bu istiqamətdə universitetin mövcud potensialından, eyni zamanda, çatışmazlıqlardan danışıb. Rektor, həmçinin “Prosol” şirkəti ilə yerli kibermütəxəssislərin hazırlanması, dayanıqlı kibermühitin formalaşdırılması və daha da güclü xarakter alması istiqamətində görülə biləcək işlərdən söz açaraq, şirkətlə əməkdaşlıqda əlindən gələni əsirgəməyəcəyini deyib.
“Prosol” QSC-nin həmtəsisçisi və sədri Babək Ağayev mümkün əməkdaşlıq əlaqələrinin qurulmasında sistematik yanaşmanın, eyni zamanda, dayanıqlı yol xəritəsinin və kiberekosistemin vacibliyinə toxunub. O, universitetlə əməkdaşlıqda maraqlı olduqlarını deyib, xarici kurikulumlardan istifadə etməklə, həmçinin treninq mərkəzlərində gənclərə praktiki biliklər verməklə peşəkar yerli kibermütəxəssislərin hazırlanmasının önəmindən danışıb.
Sonra tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu və faydalı ikitərəfli əməkdaşlıq qurmaqdır. Anlaşmaya əsasən, tərəflər təlim və treninqlərin tədrisində, proqram və layihələrin həyata keçirilməsində, elmi-nəzəri və praktiki tədqiqatların aparılmasında, habelə tələbələrin təcrübə proqramlarına cəlb olunması sahəsində əməkdaşlıq edəcəklər.
“Prosol” QSC kibertəhlükəsizlik, kiberrisk, kibermüdafiə və kibermonitorinq xidmətləri sahəsində ixtisaslaşmış yerli şirkətdir.
Tehsil-press.az