Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə perspektivdə duran məsələlər, həmçinin əməkdaşlıq istiqamətləri və tərəfdaşlıq məsələləri müzakirə olunub.
Rektor Mustafa Babanlı tədris prosesi, ixtisaslar, birgə əməkdaşlıq oluna biləcək sahələr və tələbələrin müəssisədə təcrübəyə cəlb olunması məsələlərindən danışıb. Tədrisdə və elmi-tədqiqat işlərində ikili yol xəritəsinin önəmini qeyd edən rektor seçmə fənlərin tədrisinin, həmçinin müasir texnoloji avadanlıq və resurslardan istifadə edə bilən mütəxəssislərin hazırlanmasının əhəmiyyətindən danışaraq bu istiqamətdə hər cür əməkdaşlığa hazır olduğunu qeyd edib.
Universitetdə olmaqdan məmnun olduğunu deyən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov birgə yol xəritəsinin hazırlanması və əməkdaşlıq üçün hər cür imkanların olduğunu vurğulayıb. Tibbin mühəndis ixtisaslarında tətbiqindən danışan A.Həsənov süni intellektin tibdə tətbiqi ilə bağlı əməkdaşlıqda xüsusilə maraqlı olduqlarını deyib.
Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tehsil-press.az