ADNSU ilə “Metak” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb

ADNSU ilə “Metak” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, prorektorlar, eləcə də neft-mexanika və kimya-texnologiya fakültələrinin professor-müəllim heyəti “Metak” şirkətində olub.
Nümayəndə heyəti “Metak” şirkətinin 3 istehsalat laboratoriyasında istehsal prosesi ilə tanış olub. Daha sonra şirkət nümayəndələri onlara çalışdıqları qurumun fəaliyyəti haqqında geniş məlumat veriblər.
Görüşdə, həmçinin tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Tələbələrin buraxılış işi mövzularının seçilməsi, istehsalat təcrübəsi, həmçinin magistrantların şirkətdə işləməsi barədə söhbət aparılıb.
Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər