Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Cisco” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubovla görüşüb.
Görüşdə rektor M.Babanlı təhsil sahəsində informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətini qeyd edib. O, ADNSU-nun informasiya texnologiyalarının tətbiqi baxımından ölkənin qabaqcıl universitetlərindən biri olduğunu, son 5 ildə universitetdə ixtisaslı mütəxəssislərin hazırlanmasında elmi potensialla yanaşı, müasir texnoloji nailiyyətlərdən də istifadə olunduğunu vurğulayıb. Rektor bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin ADNSU-da tətbiq olunduğunu, bəzi çatışmazlıqlara baxmayaraq universitetin bu istiqamətdə artıq müsbət nəticələr əldə etdiyini söyləyib.
“Cisco” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubov ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, informasiya texnologiyaları sahəsində kifayət qədər uğur qazanmış “Cisco” şirkətinin yeni proqramları ilə təhsil sahəsində nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.
Müzakirələrin nəticəsi olaraq tərəflər “Cisco Şəbəkə Akademiyası”nın informasiya texnologiyalarının əsasları, proqramlaşdırma dilləri, əşyaların interneti, linux əməliyyat sistemi və digər müvafiq kurslarının universitetin tədris proqramına tətbiq edilməsinə dair razılığa gəliblər. Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tehsil-press.az