Bakı şəhəri 327 saylı orta məktəbin şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) ekskursiyada olublar. Şagirdlərlə görüşən rektor Kamal Abdulla ADU-nun məktəblərlə olan sıx əlaqəsindən danışıb. Rektor bildirib ki, 4-cü kurs tələbələrinin məktəblərdə olan təcrübəsi uğurla başa çatıb və bir neçə məktəbin kollektivi ilə universitetdə görüş keçirilib.
ADU-nun geniş beynəlxalq əlaqələri var, 20-dən artıq dil tədris olunur. Dillərin tədrisi zamanı həmin ölkələrin mədəniyyəti, tarixi, müasir dünyadakı yeri də öyrənilir. ADU-nun zəngin kitabxanası var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli şərait mövcuddur.
Daha sonra şagirdlər və 327 saylı məktəbin müəllimləri universitetlə tanış olublar.
Tehsil-press.az