Dillər Universitetində şəhid və qazi ailələrinin övladları ilə görüş keçirilib

Dillər Universitetində şəhid və qazi ailələrinin övladları ilə görüş keçirilib Azərbaycan Dillər Universitetində (ADU) şəhid, qazi və aztəminatlı ailələrin “Fortis” Akademiyada təhsil alan övladları ilə görüş keçirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları universitetdə görməkdə məmnun olduğunu bildirib. Tədris və elmi baza haqqında məlumat verən rektor qeyd edib ki, hər il universitetin qəbul göstəriciləri yüksələn xətlə inkişaf edir. Görüşdə universitetin kitabxana fondunun zənginliyi, müəllimlərin peşəkarlığı və tələbələrin bilik və bacarıqlarının artırılması üçün yaradılan imkanlardan danışılıb.
Universitetdə fəaliyyət göstərən mərkəzlər, elmi-tədqiqat laboratoriyaları haqqında şagirdlərə ətraflı məlumat verilib.
“Bir günlük xəlifə” layihəsi haqqında danışan rektor bu layihədə tələbələrin aktiv iştirak etdiyini və onların idarəetmə bacarıqlarının formalaşması üçün əlverişli bir imkan olduğunu söyləyib. ADU-nun həyata keçirdiyi unikal bir layihə olan “Bir günlük xəlifə” şagirdlərin marağına səbəb olub.
Daha sonra şagirdlər universitetin mərkəz və muzeyləri ilə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər