Bakının Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksinin şagirdləri üçün Azərbaycan Dillər Universitetinə (ADU) ekskursiya təşkil olunub.
Şagirdlər universitetin rektoru akademik Kamal Abdulla ilə görüşüb, ali təhsil ocağı ilə yaxından tanış olublar.
Rektor qeyd edib ki, ADU-nun müxtəlif məktəblərlə sıx əlaqələri var, ötən illərdə tələbələr təcrübələrini təkcə paytaxtda fəaliyyət göstərən məktəblərdə deyil, eyni zamanda, müxtəlif rayonlarda olan məcburi köçkün məktəblərində də keçirib, dörd il ərzində öyrəndikləri bilikləri şagirdlərlə bölüşüblər.
Məktəblilərə məlumat verilib ki, ADU-nun zəngin kitabxanası var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli şərait mövcuddur.
Görüşdə, həmçinin ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında şagirdlərə məlumat verilib, universitetdə 20-dən artıq xarici dilin tədris olunduğu diqqətə çatdırılıb. Beynəlxalq əlaqələrin qurulmasından, müəllim-tələbə mübadiləsindən danışılıb. Şagirdlər universitetin Multikulturalizm Mərkəzi, Rusiyaşünaslıq Mərkəzi, Bakı Amerika Mərkəzi, Konfutsi İnstitutunda olublar.
Tehsil-press.az