Bakı şəhəri 44 və 82 saylı orta məktəblərin şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) ekskursiyada olublar.
Şagirdlər Heydər Əliyev Lektoriyasında rektor Kamal Abdulla ilə görüşüblər. Şagirdlərə məlumat verilib ki, Azərbaycan Dillər Universitetində 20-dən artıq xarici dil tədris olunur. Universitetin zəngin kitabxanası var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli şərait mövcuddur.
Görüşdə müəllim-tələbə mübadiləsindən danışılıb. Şagirdlər universitetin müxtəlif qurumlarında, o cümlədən Multikulturalizm Mərkəzi, Rusiyaşünaslıq Mərkəzi, Bakı Amerika Mərkəzi, Konfutsi İnstitutu və Avstriya kitabxanasında olublar.
Tehsil-press.az