UNEC XIV Karyera yarmarkası təşkil olunacaq

UNEC XIV Karyera yarmarkası təşkil olunacaq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) XIV Karyera yarmarkası təşkil olunacaq.
Azərbaycanda ilk dəfə onlayn platforma üzərindən təşkil olunacaq Karyera yarmarkasında iştirak etmək istəyən müəssisə və təşkilatlar virtual platformada stendlər qurub, öz vakansiyalarını və təcrübə proqramlarını UNEC-in tələbə və məzunlarına təqdim edə biləcəklər.
Yarmarkada iştirak etmək istəyən müəssisə və təşkilatlar bu barədə məlumatı [email protected] ünvanına göndərə bilərlər.
Tələbə və məzunlar yarmarkada nüfuzlu şirkətlər tərəfindən təqdim olunan vakansiyalar və təcrübə proqramlarına onlayn müraciət edib, müsahibələrə qatılmaq imkanı əldə edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər