Dövlət Neft və Sənaye Universitetində builki Məzun-Karyera Sərgisi onlayn formatda təşkil olunacaq

Dövlət Neft və Sənaye Universitetində builki Məzun-Karyera Sərgisi onlayn formatda təşkil olunacaq İyunun 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) onlayn formatda Məzun-Karyera Sərgisi keçiriləcək.
Artıq bir sıra dövlət qurumları və şirkətlər sərgidə iştirak edəcəklərini təsdiqləyiblər. Sərginin onlayn platforması üzərində iş tamamlanmaq üzrədir. İyunun 11-də platformanın təqdimat mərasimi keçirildikdən sonra universitetin tələbə və məzunları şirkətlərin təqdim etdikləri vakant yerlərlə bağlı qeyd olunmuş elektron poçt ünvanına CV-lərini göndərə bilərlər. İyunun 25-də onlayn Məzun-Karyera Sərgisinin nəticələri elan ediləcək. Platforma iyunun 25-dən sonra da aktiv olacaq və şirkətlərin vakant iş yerləri ilə bağlı informasiya yenilənəcək.
Xatırladaq ki, ADNSU-da məzun-karyera sərgiləri ildə iki dəfə olmaqla dörd ildir keçirilir. 2019-cu ilin dekabr ayında keçirilən VII Məzun-Karyera Sərgisində 89 dövlət qurumu və özəl şirkət ADNSU-nun tələbə və məzunlarına 629 vakant iş yeri və 321 təcrübə yeri təklif edib.

Tehsil-press.az

Oxşar xəbərlər