“Məktəblinin dostu” layihəsi Bakı üzrə 178 ümumi təhsil müəssisəsini əhatə edir

“Məktəblinin dostu” layihəsi Bakı üzrə 178 ümumi təhsil müəssisəsini əhatə edir “Məktəblinin dostu” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 178 ümumi təhsil müəssisəsini əhatə edir.
330 min şagirdi əhatə edən layihə üzrə hazırda 314 əməkdaş - məktəblinin dostu çalışır.
2021-2022-ci tədris ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər həyata keçirilib. Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər