BDU: Ötən gün 339 qrup üzrə 6995 tələbə imtahan verib

BDU: Ötən gün 339 qrup üzrə 6995 tələbə imtahan verib Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası davam edir. Sessiya iyulun 2-dək gün ərzində iki növbədə onlayn (məsafədən) davam edəcək.
Ötən gün 339 qrup üzrə 6995 tələbə (314 nəfər “SABAH” qrupu olmaqla) imtahan verib. Universitetin Qazax filialında isə 499 tələbə imtahanlarda iştirak edib.
İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edirlər.
Sessiyanın təşkili və keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apellyasiya Komissiyası fəaliyyət göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər