Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “Bank Respublika”nın məsul şəxsləri tərəfindən “Pərakəndə və korporativ bank məhsulları və xidmətləri” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə “Bank Respublika”nın Korporativ müştərilərlə iş şöbəsinin müdiri Arzu Əsgərova və Pərakəndə satışlar departamentinin Satışlara dəstək şöbəsinin meneceri Alidə Əliyeva təmsil etdikləri qurumun fəaliyyəti, həyata keçirilən layihələr, bank məhsulları haqqında danışıb və xidmət səviyyəsini şərtləndirən məsələlərə aydınlıq gətiriblər.
Korporativ bank məhsulları və xidmətlərin əhəmiyyətindən danışan A.Əsgərova işə qəbul prosesindəki yeniliklərin daim diqqətdə saxlanılmasını tövsiyə edib.
Sonda ATMU və “Bank Respublika” arasında əməkdaşlıq əlaqələri çərçivəsində təcrübə və iş imkanları, ustad dərsləri, təlimlərin və digər bu kimi tədbirlərin təşkilinin tələbə və məzunlar üçün faydalı olacağı bildirilib.
Təlimə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova və Biznes idarəçiliyi fakültəsinin IV kurs tələbələri qatılıblar.
Tehsil-press.az