Azərbaycan İlahiyyat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

Azərbaycan İlahiyyat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Aİİ-nin rektoru Aqil Şirinov Milli Qurtuluş Gününün Azərbaycan tarixində önəmini vurğulayıb, ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən danışıb.
A.Şirinov dahi rəhbər Heydər Əliyevin apardığı uğurlu islahatlar və ordu quruculuğundakı rolu nəticəsində 44 günlük Vətən müharibəsində Qələbəmizin əsasının qoyulduğunu diqqətə çatdırıb.
Aİİ-nin rəhbəri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında, milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən siyasət haqqında məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı Milli Qurtuluş Gününün geniş şəkildə qeyd olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın dünya ölkələri arasında layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayan S.Salahlı dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər