Qazilərin həyat və fəaliyyətinin yaxşılaşdırılması üçün müxtəlif lahiyələr keçirilir - Nazir müavini

Qazilərin həyat və fəaliyyətinin yaxşılaşdırılması üçün müxtəlif lahiyələr keçirilir - Nazir müavini Bu gün Milli Qurtuluş Günüdür və biz bu münasibətlə qazilərə sosial dəstək tədbirlərini davam etdiririk.
Bunu jurnalistlərə açıqlmasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Onun sözlərinə görə, sevindirici haldır ki, bu gün dövlətimiz qazilərin yanındadır.
"Qazilərimiz bizim fərəh və qürur yerimizdir. Bildiyiniz kimi dövlət tərəfindən həm mənzil təminatı proqramı həyata keçirilir, həm də avtomobillərin verilməsi prosesi icra olunur. Bu gün 50 qazimizə avtomobil verildi. Həmçinin qeyd edim ki, bu il ərzində verilmiş avtomobillərin sayı 100-ə çatıb. Ümumilikdə isə bu günə qədər 7500 avtomobil verilib. Təbii ki, bütün bunlarla yanaşı qazilərimizin həyat və fəaliyyətinin yaxşılaşdırılması yönündə müxtəlif lahiyələr həyata keçirilir. İndiyə qədər yüz mindən artıq bu cür həssas kateqoriyalara aid vətəndaşlarımız müxtəlif sosial xidmətlər alıb. Qazilərimizlə bağlı reabilitasiya xidmətləri də həyata keçirilir. 2500 qazimiz artıq müalicə alıb. Biz maksimum çalışmalıyıq ki, iqtisadi gücümüz əhalinin və qazilərimizin rifahının yaxşılaşdırılmasına yönəlsin", - deyə nazir əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər