Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Depatamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqının dəstəyi ilə 3 günlük “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransı giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətdə həssas qrupdan olan insanların sosial müdafiəsi daima proritet məsələlərdən biri olmaqla onların rifahının yaxşılaşdırılması əsas məqsəd kimi nəzərdə tutulub. Bildirib ki, cari ildə dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlarla ümumulikdə 1,3 mln. nəfəri əhatə edən həssas əhali qruplarının müavinət və təqaüdləri orta hesabla 100 faiz artırılıb, I dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan uşaqlara qulluq edənlərə əlavə olaraq Prezident təqaüdü təsis edilib.
Nazir əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində görülən işlər barədə ərtaflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələrinin mənzil, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin, Böyük Vətən müharibəsi əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin, Çernobıl əlillərinin dövlət hesabına minik avtomobili ilə təminatı işləri davam etdirilir. Artıq bugünədək 6828 mənzil və 6521 minik avtomobil həmin kateqoriyadan olan şəxslərə təqdim edilib.
Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün də müvafiq tədbirlər həyata keçirildiyini deyən nazir cari ilin ötən dövründə Nazirlik tərəfindən 1716 nəfər əlilliyi olan şəxs müxtəlif idarə, müəssisə və təşkilatlarda münasib işlərlə təmin olunub, 205 nəfər üçün peşə hazırlığı kursları təşkil edilib, özünüməşğulluq proqramının icrası zamanı əlilliyi olan şəxslərin iştirakına üstünlük verilib. Belə ki, cari ilin 8 ayı üzrə proqrama cəlb olunanlar içərisində xüsusi kateqoriyadan olan şəxslər 2555 nəfər olub ki, onlardan da 993 nəfəri əlilliyi olan şəxslərdir.
S.Babayev qeyd edib ki, əlilliyi olan şəxslərin protez-ortopedik bərpa xidmətləri ilə təmin olunması üçün Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ilin 8 ayı ərzində 5627 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Mərkəz tərəfindən əlilliyi olan şəxslər mütəmadi olaraq reabilitasiya vasitələri ilə təmin edilir.
Tədbirdə BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Qulam İsaqzai və Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli çıxış ediblər.
3 gün ərzində baş tutan konfrans Əlillik hüdudlarında qabiliyyət - təhsil, idman, istirahət və incəsənət vasitəsilə sosial inteqrasiyanın gücləndirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin Rusiya Federasiyasında əlillik siyasətinə təsiri (Rusiya Federasiyasının nümunəsi), İdman müyəssərlik şəraitinin yaxşılaşdırılması üçün katalizator kimi, əhalinin həssas qruplarına pulsuz hüquqi yardımın göstərilməsi, əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın həyata keçirilməsi proseslərində vətəndaş cəmiyyətinin rolu, əlilliyi olan şəxslər arasında gəlirlərin bərabərsizliyi, əlilliyi olan məcburi köçkünlər, əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarının birləşməsi məhdud imkanlı insanların hüquqları üzrə problemlərin həllində təsiri, informasiya texnologiyaları əlillərin sosial inteqrasiyası üçün bir vasitə kimi və s. mövzularda təqdimat və çıxışlarla davam edəcək.
Tehsil-press.az