Eminin Bakı konsertində yaşananlar

Eminin Bakı konsertində yaşananlar “Sea Breeze Summer Live” beynəlxalq musiqi festivalı çərçivəsində Xalq artisti Emin Ağalarovun solo konserti baş tutub.
Sənətçi həm köhnə hitlərini, həm də yeni mahnılarını ifa edib.
Ağalarov ənənəsinə sadiq qalaraq əfsanəvi sənətkar Müslüm Maqomayevin repertuarına müraciət edib. O, məşhur “Sinyaya veçnost” mahnısını ifa edib. Tamaşaçılar Maqomayevin xatirəsini ayaqüstə anıb.
Emin konsert ərzində hər bir tamaşaçısına bacardığı qədər diqqət göstərib, onlarla söhbətləşib, video və selfilər çəkdirib.
O, konsertini Azərbaycan haqda mahnı ilə bağlı elan edib. İfa zamanı atəşfəşanlıq olub.
Qeyd edək ki, “Sea Breeze Summer Live” beynəlxalq musiqi festivalı çərçivəsində Jony, Zivert və Kənan Doğulu kimi məşhurların da konsertləri keçiriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər