Gürcüstan, Ukrayna və Moldova prezidentləri birgə bəyannamə imzaladılar

Gürcüstan, Ukrayna və Moldova prezidentləri birgə bəyannamə imzaladılar Batumidə keçirilən beynəlxalq konfrans zamanı Gürcüstan, Ukrayna və Moldova prezidentləri - Salome Zurabişvili, Vladimir Zelenski və Maya Sandu “Avropaya inteqrasiyanın ümumi yolu” adlı memorandum imzalayıblar.
İmzalanan sənəddə üç ölkənin “Şərq tərəfdaşlığı”nı gücləndirməyə, Avropa İttifaqına inteqrasiya prosesini islahatlar və qanunvericiliyin yaxınlaşdırılması yolu ilə davam etdirməyə hazır olduqları qeyd edilib.
“Bizim islahatları gücləndirmək, qanunvericiliyimizi Aİ qanunvericiliyinə uyğunlaşdırmaq, qanunun aliliyi prinsiplərini qorumaq və bir-birimizə dəstək olmaq öhdəliklərimiz var”, - deyə Zurabişvili deyib.
“İmzaladığımız Batumi bəyannaməsi bizim öhdəliklərimizi özündə cəmləşdirir. Bizim ümumi arzumuz var – Aİ-yə qoşulmaq”, - deyə Sandu qeyd edib.
“Dekabrda “Şərq tərəfdaşlığı” sammiti keçirilməlidir. Bu çox vacibdir. Lakin tərəfdaşlığın hədəfləri barədə Aİ-nin strateji baxışının olmaması bu formatı yarıömürlü edir”, - deyə Zelenski bildirib.
Hər üç ölkənin prezidentlərinə müraciət edən Aİ Şurasının Prezidenti Şarl Mişel isə “Şərq tərəfdaşlığı” sammitinə hazırlıq zamanı prioritetləri açıqlayıb. O bildirib ki, birinci prioritet daha çox maddi yardımı səfərbər etmək və yenilikçi olmağa çalışmaq, ölkənin və vətəndaşların rifahı naminə kiçik və orta sahibkarlığın inkişafı və gücləndirilməsini təmin etmək üçün Avropa İnvestisiya Bankı ilə xüsusi infrastruktur layihələrini dəstəkləməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər