Deputat: BDU-da imtahan sessiyası şəffaf və obyektiv keçirilir

Deputat: BDU-da imtahan sessiyası şəffaf və obyektiv keçirilir Bakı Dövlət Universitetinin (BDU) yaz semestrinin imtahan sessiyası şəffaf və obyektiv keçirilir. Bu prosesin İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə izlənilməsini təqdirəlayiq hal kimi dəyərləndirirəm.
Bu fikri müsahibəsində Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib.
Deputat qeyd edib ki, BDU Azərbaycanın aparıcı təhsil müəssisələrindən biridir. Burada 20 mindın çox tələbə oxuyur, 3 mindən artıq müəllim-professor çalışır. Bu gün 5000-dən çox tələbə imtahan verir. Ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibətləri ilə maraqlandıq. Təbii ki, çətinliklər də var. Bunun qarşısını almaq üçün həm rektor, həm də müəllim heyəti öz addımlarını atır. Bizim əsas məqsədimiz odur ki, təhsil müəssisələrində şəffaflığın təmin olunmasında iştirak edək.

Tehsil-press.az


Oxşar xəbərlər