Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır. Hər hansı xoşagəlməz hal olduqda, dərhal çalışırıq ki, aradan qaldırılsın. Tələbələrin imtahanların nəticələrindən narazı qaldıqları məqamlar da olur. Bunu nəzərə alaraq universitetimizdə İmtahan Qərargahı fəaliyyət göstərir.
Bu fikirləri yanvarın 23-də Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahanlarına ictimai baxış zamanı jurnalistlərə müsahibəsində rektor Elçin Babayev deyib. O bildirib ki, İmtahan Qərargahının nəzdində Apellyasiya Komissiyası yaradılıb. Komissiyada ərizələrə baxılma sürəti minimuma endirilib.
“Apellyasiya Komissiyasına müraciətlər ümumilikdə tələbələrin bir faizini təşkil etmir. Bu isə imtahanların obyektiv şəkildə aparılmasının göstəricisidir. Hər bir müraciətə həssaslıqla yanaşılır. Əgər imtahan nəticələrində müəllimin təqsiri üzündən qeyri-obyektivlik aşkarlanarsa həmin müəllim dərhal inzibati qaydada cəzalandırılır. Bu imtahan sessiyasında artıq bir neçə müəllim cəzalandırılıb. Universitetdə bir gündə 6 mindən artıq tələbə imtahan verir. Cəzalandırılan müəllimlərin əksəriyyəti diqqətsizlik və yorğunluq nəticəsində qeyri-obyektivlik ediblər”, – deyə Elçin Babayev qeyd edib.
Rektor vurğulayıb ki, imtahanların obyektiv keçirilməsi üçün tələbələr də öz hüquq və vəzifələrini bilməlidirlər. İmtahanlara yaxşı hazırlaşmalı, imtahan gedişini pozmağa çalışmamalıdırlar.
Tehsil-press.az