BDU alimlərinin məqaləsi Q2 kateqoriyalı beynəlxalq jurnalda yer alıb

BDU alimlərinin məqaləsi Q2 kateqoriyalı beynəlxalq jurnalda yer alıb Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və Riyazi analiz kafedrasının dosenti Mehriban Ömərovanın 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllif olduqları məqalə “Positivity” (https://www.springer.com/journal/11117/) (WoS, IF-1.030) Q2 yüksək impakt faktorlu jurnalda yer alıb.
“Ümumiləşmiş çəkili Orliç-Morri fəzaları üçün bəzi qiymətləndirmələr və onların divergent olmayan elleptik tənliklərə tətbiqi” sərlövhəli məqalə ilə linkdə tanış olmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər