AzMİU tələbələri “Creative Spark Big Idea” müsabiqəsində finala vəsiqə qazanıblar

AzMİU tələbələri “Creative Spark Big Idea” müsabiqəsində finala vəsiqə qazanıblar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri “Creative Spark Big Idea” müsabiqəsinin finalına vəsiqə qazanıblar.
Ölkə üzrə finala vəsiqə qazanmış 9 layihədən 4-nün müəllifi İnşaat fakültəsinin tələbələri Rəvan Quliyev (TapTik) və Aydan Muradlı (AY’s Wings), Memarlıq fakültəsinin 2-ci kurs tələbəsi Zəhra İsmayılova (Unist) və magistrantı Aygün Quliyeva (ConWork) AzMİU-nun İnnovativ Biznes İnkubator Mərkəzinin rezidentləridir.
Qeyd edək ki, “British Council” şirkətinin Birləşmiş Krallığın London Metropolitan Universiteti ilə birlikdə keçirdiyi “Creative Spark Big Idea” müsabiqəsi 2022-ci ilin fevral ayında start götürüb. Tələbələr müsabiqədə üç kateqoriya (rəqəmsal texnologiya, sosial təsir və kreativlik) üzrə yarışıblar. Ötən illərdə olduğu kimi, AzMİU bu il də müsabiqəyə 10 layihə ilə qoşulub, finala isə 4 layihəsi vəsiqə qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər