Memarlıq və İnşaat Universitetinin tələbələri startapçıların ideya yarışmasının finalına yüksəliblər

Memarlıq və İnşaat Universitetinin tələbələri startapçıların ideya yarışmasının finalına yüksəliblər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubasiya Mərkəzinin üzvləri olan tələbələri bu il də ənənəvi keçirilən “Big Idea” (“Böyük İdeya”) yarışmasına qatılıblar.
Onlar “British Council Azərbaycan” şirkətinin dəstəyi ilə gerçəkləşən “Creative Spark” layihəsi çərçivəsində keçirilən yarışmaya startap layihələrini təqdim ediblər.
İlkin mərhələlərdən uğurla keçən tələbələrdən Gülnarə Mirzəyeva (Technohealth) və Elnur Məmmədov (Stork) startap ideyası ilə final mərhələsinə yüksəliblər. İyulun 5-dən etibarən layihələrə onlayn şəkildə səsvermə başlayıb və proses iyulun 18-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər