Turizm və Menecment Universitetində maarifləndirici tədbir

Turizm və Menecment Universitetində maarifləndirici tədbir Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Creative Spark” proqramı çərçivəsində tələbə və məzunlar üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə “Creative Spark” müsabiqəsi üzrə ölkə çempionu, “Kreşendo” layihəsinin fərdi inkişaf mentoru Təravət Əsgərova “İdeyanı reallığa çevirmənin ilk addımları” mövzusunda təqdimatla çıxış edib. O, şəxsi biznesə başlamağın mərhələləri, mövcud layihə və çağırışlar, sosial biznesi inkişaf etdirməyin çətinlikləri, həmçinin gözlənilən imkanlar və sair məsələlərə münasibət bildirilib.
Qeyd edək ki, “Creative Spark” Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində, Cənubi Qafqaz ölkələrində və Ukraynada biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləyən əhəmiyyətli təşəbbüsdür. “Creative Spark” proqramı çərçivəsində tələbə və məzunların iştirakını nəzərdə tutan “Big Idea Challenge” müsabiqəsinə ərizə qəbulu davam edir.

Tehsil-press.az


Oxşar xəbərlər