Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici seminar keçirilib.
Onlayn seminarda 40-a yaxın tələbə iştirak edib.
Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli ADPU-da gənclərin zərərli vərdişlərdən qorunması üçün bu yöndə davamlı maarifləndirmə tədbirlərinin keçirildiyini vurğulayıb.
Seminarda Bakı şəhəri, Səbail rayonu 29 nömrəli şəhər poliklinikasının (ADPU-nun tələbə poliklinikası) baş həkimi Şəfəq Teymurova və “Həyat naminə” reabilitasiya mərkəzinin müdir müavini Zaur Əliyev narkomaniyanın fəsadları, ondan qorunma yolları haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.
Tehsil-press.az