Böyük Britaniya və Ruanda miqrasiya və iqtisadi inkişaf üzrə tərəfdaşlıq planını elan edib

Böyük Britaniya və Ruanda miqrasiya və iqtisadi inkişaf üzrə tərəfdaşlıq planını elan edib Böyük Britaniya və Ruanda Respublikası miqrasiya və iqtisadi inkişaf üzrə tərəfdaşlıq planını elan edib.
Böyük Britaniya hökuməti ölkədəki bəzi qeyri-qanuni mühacirləri 10 min kilometr uzaqlıqdakı Ruandaya göndərəcək.
Bu barədə qərar Ruandanın paytaxtı Kiqalidə açıqlanıb.
Ruandanın xarici işlər naziri Vincent Biruta və Britaniyanın daxili işlər naziri Priti Patel, bu tərəfdaşlığın təcili humanitar böhranın həllində əsaslı rol oynayacağını bildiriblər. “Biz bu virus ticarətini, bu qeyri-insani ticarəti dayandırmaq istəyirik, çünki buradan yalnız cinayətkar dəstələr və qaçaqmalçılar qazanc əldə edir, çoxlu pul qazanır, həmçinin yük maşınları və qayıqlarla gələn insanlara qarşı hər cür qeyri-insani hərəkətlər edilir”, - deyə Britaniyanın daxili işlər naziri Priti Patel söyləyib.
Yeni tərəfdaşlıq planı çərçivəsində immiqrantlar Ruandanın müxtəlif yerlərində icmalara inteqrasiya olunacaq və bu Şərqi Afrika ölkəsinin qanunları çərçivəsində tam müdafiə, məşğulluq, sağlamlıq və sosial xidmətlərə bərabər çıxış hüququ əldə edəcəklər.
Ruanda 2019-cu ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Afrika Birliyi ilə “açıq qapı siyasəti” ilə Liviyadan evakuasiya edilən sığınacaq axtaran şəxslər və miqrantlar üçün təcili tranzit mexanizmi yaratmaq üçün anlaşma memorandumu imzalayıb.
Qeyd edək ki, Böyük Britaniyanın bu qərara gəlməsinə səbəb qanunsuz immiqrasiya problemini həll etməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər