Rəsmi Moskva ÇXR sədrinin Rusiyaya səfərdən imtinası xəbərini təkzib edib

Rəsmi Moskva ÇXR sədrinin Rusiyaya səfərdən imtinası xəbərini təkzib edib Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çin Xalq Respublikasının sədri Si Cinpinin Rusiyaya səfərdən imtinası xəbərini təkzib edib.
O, səfərin Çində COVID məhdudiyyətlərinin davam etməsi səbəbindən baş tutmamasını vurğulayıb və məhdudiyyətlər aradan qaldırılandan sonra ÇXR sədrinin Rusiya səfər edəcəyini deyib.
Bir qədər əvvəl Yaponiyanın “Yomiuri” qəzeti diplomatik mənbələrə istinadla yazmışdı ki, Si Cinpin Rusiya Prezidenti Vladimir Putinin dəvətindən imtina edib. Cinpin iyunun 15-də Vladimir Putinlə telefon danışığı zamanı koronavirus məhdudiyyətləri ilə əlaqədar 2020-ci ilin yanvarından xarici səfərlərini təxirə saldığını bildirmişdi.

Tehsil-press.az




Oxşar xəbərlər