Azərbaycanın tanınmış içki istehsalçısı olan “Pepsico Azərbaycan” MMC barəsində iki məhkəmə iddiası qaldırılıb.
Şirkət iki epizod üzrə gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir. "Pepsico Azərbaycan" MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub. Bu maddəyə görə hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.
Şirkət barəsində birinci işə Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq. Digər məhkəmə isə hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, “Pepsico Azərbaycan” MMC 2015-ci ildə təsis edilib. Şirkət 2,8 milyon manat nizamnamə kapitalına sahibdir. 2017-ci ildən etibarən “Pepsi” məhsulları Qəbələdə yerləşən Gilan Konserv Zavodunda “Pepsico” şirkətinin lisenziyası əsasında "Pepsi", "Aqua-Minerale" suları, "Mirinda" qazlı içkilər ailəsi istehsal olunur.
Tehsil-press.az