BDU: Universitetin Qazax filialında 1256 tələbə imtahanlarda iştirak edib

BDU: Universitetin Qazax filialında 1256 tələbə imtahanlarda iştirak edib Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb.
Sessiya ərzində 17 ixtisas üzrə 54 qrupda imtahanlar aparılıb. Bakalavriat səviyyəsində əyani və qiyabi şöbələr üzrə 1245, magistratura pilləsi üzrə isə 11 nəfər tələbə imtahanlarda iştirak edib. Sessiya zamanı əyani şöbə üzrə gün ərzində 2 növbədə olmaqla ümumilikdə 314 imtahan keçirilib. İmtahan nəticələri tələbələrə həmin gün elan olunub.
Filialda imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb. Tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, onların biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə imtahan qərargahı və “Qaynar xətt” fəaliyyət göstərib.

Tehsil-press.az


Oxşar xəbərlər