Bakı Dövlət Universitetində 2984 tələbə onlayn imtahanlarda iştirak edib

Bakı Dövlət Universitetində 2984 tələbə onlayn imtahanlarda iştirak edib Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin imtahan sessiyası davam edir.
Onlayn imtahan sessiyasında tələbələr ümumilikdə 146 fənn üzrə imtahan veriblər. Belə ki, bakalavriat səviyyəsində 126 qrup üzrə 2733 (73 nəfər “SABAH” qruplarından olmaqla), magistratura səviyyəsində 68 ixtisaslaşmada 20 fənn üzrə 251 nəfər imtahan verib. BDU-nun Qazax filialında isə 319 tələbə imtahanlarda iştirak edib. İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkili məqsədilə bütün texniki tədbirlər müvafiq işçi qrupu tərəfindən yüksək səviyyədə həyata keçirilir.
İmtahanda təqdim edilən biletlər 5 sualdan ibarət olur və sualların hər biri maksimum 10 bal ilə (ümumilikdə 50 bal) qiymətləndirilir. Tələbələrin hamısı müvəffəqiyyətlə imtahan verib. Sessiya iyulun 10-da yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər