İtaliyada COVID-19 infeksiyası əleyhinə aparılan vaksinasiya kampaniyasının növbəti mərhələsi çərçivəsində yaşı 60-dan yuxarı xroniki xəstələr və yaşlılar üçün peyvəndin dördüncü dozası tətbiq olunacaq.
Bu barədə İtaliya Səhiyyə Nazirliyinin qəbul etdiyi qərarda deyilir.
Bildirilib ki, ilk “buster” dozanın qəbulundan ən azı 120 gün sonra infeksiya əleyhinə vaksinin ikinci gücləndirici dozasını qəbul etmək tövsiyə olunur.
Qeyd edək ki, Avropa Dərman Agentliyi (EMA) COVID-19 əleyhinə peyvəndin dördüncü dozası tətbiqini tövsiyə edib.
Xatırladaq ki, 2020-ci il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində İtaliyada bu vaxtadək 138 milyon 453 min 659 doza peyvənd vurulub. Birinci doza peyvənd qəbul edənlərin sayı 49 milyon 410 min 139 nəfər (12 yaşdan yuxarı əhaliyə nisbəti 91,51 faizdir), iki doza peyvəndi tamamlayanların sayı 48 milyon 659 min 371 nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 90,12 faizdir).
Ötən il sentyabrın 20-dən etibarən isə ümumilikdə 39 milyon 847 min 838 “buster” doza peyvənd tətbiq olunub.
Tehsil-press.az