Britaniyanın gələcək Baş naziri səkkiz namizəd arasından seçiləcək

Britaniyanın gələcək Baş naziri səkkiz namizəd arasından seçiləcək Böyük Britaniyanın Mühafizəkarlar partiyasının lideri və Baş naziri postuna namizədlərin sayı səkkiz nəfərədək azalıb.
Bu barədə iyulun 12-də sıravi tori parlamentarilərini birləşdirən və növbəti partiya liderinin seçilməsi prosesinə cavabdeh olan “Parlament Komitəsi 1922”nin rəhbəri Qrem Breydi bildirib.
Partiyadaxili seçki kampaniyasında iştirak etmək üçün namizədə Mühafizəkarlar partiyasından azı 20 həmkarının dəstəyi lazımdır. Tori fraksiyasının İcmalar palatasında ümumilikdə 358 deputatı var.
Beləliklə, səsvermənin iyulun 13-nə təyin olunmuş birinci turuna sabiq maliyyə naziri Rişi Sunak, xarici işlər naziri Liz Trass, ticarət nazirinin müavini Penni Mordont, maliyyə naziri Nadim Zahavi, Xarici İşlər Nazirliyinin sabiq başçısı Ceremi Hant, Britaniya parlamentinin xarici işlər komitəsinin rəhbəri Tom Tugendhat, İngiltərə və Uelsin baş prokuroru Syu-Ellen Breyvermen və deputat Kemi Beydnok buraxılıblar.

Tehsil-press.az


Oxşar xəbərlər