Avropada kommunal xidmətlərə görə ödənişlər sürətlə artmaqdadır. “Köhnə Dünya”ya təbii qaz nəqlinin azalması ilə əlaqədar, şəhərlər enerjiyə qənaət tədbirlərinə əl atmağa məcbur olurlar.
Hazırda Aİ-də tikinti işlərinin qiymətləri son 50 ildə görünməmiş dərəcədə artmaqdadır. Buna görə indi bələdiyyələrin əsas məqsədi hər hansı üsullarla enerjiyə qənaət etməkdir. Bələdiyyələr ilk növbədə təbii qazın alternativ enerji ilə əvəz edilməsinə keçidi sürətləndirməlidirlər. Hamı ümid edir ki, budəfəki böhran, məsələn, hidrogen iqtisadiyyatında texnoloji sıçrayışa səbəb olacaq.
Hazırda bəzi Avropa şəhərlərinin bələdiyyələri enerjiyə fəal surətdə qənaət edirlər: hovuzlarda suyun temperaturu aşağı salınır, fontanlar söndürülür. İnzibati binalara yalnız soyuq su verilməsi, habelə qışda ofis binalarında temperaturun aşağı salınması planlaşdırılır.
Bu planları havalar soyuyana qədər həyata keçirmək mümkün olub-olmayacağını zaman göstərəcək.
Tehsil-press.az