Vinnitsada matəm elan olundu

Vinnitsada matəm elan olundu Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib.
Raketlər ofis binasına düşsə də, yaşayış evlərinə də zərər dəyib.
Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb.
Bununla yanaşı, 25 avtomobilin yandığı da bildirilir.
***
Zərbə nəticəsində ölənlərin sayı 20-ə, yaralıların sayı isə 90-a çatıb.
***
Ukraynanın Vinnitsa şəhərində iyulun 15-i matəm günü elan edilib.
Bu barədə Vinnitsa Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.

Tehsil-press.az



Oxşar xəbərlər