Haitidə matəm elan olundu

Haitidə matəm elan olundu Haiti rəhbərliyi şənbə günü zəlzələ nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq ölkədə üç günlük milli matəm elan edib.
Bu barədə bazar ertəsi ölkənin Baş naziri Ariel Anri dövlət televiziyasının efirində bildirib.
“Üç günlük milli matəm sabah elan olunacaq”, - dövlət başçısı deyib.
Qeyd edək ki, şənbə günü səhər Haitidə 7,2 maqnitudalı zəlzələ olub. Rəsmi məlumata görə, 1 419 nəfər həyatını itirib, 6,9 mindən çox insan xəsarət alıb.

Tehsil-press.az


Oxşar xəbərlər