Müəllimlərin işə qəbulu imtahanında 7 min 600 namizəd iştirak edib

Müəllimlərin işə qəbulu imtahanında 7 min 600 namizəd iştirak edib 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti test imtahanı mərhələsi keçirilib.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanların ikinci günündə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili və texnologiya fənləri üzrə 9 min 257 nəfər dəvət olunub. Onlardan 7 min 600 namizəd test imtahanı mərhələsində iştirak edib.

Tehsil-press.az



Oxşar xəbərlər