AzTU-nun İdman klubunun inkişafı ilə bağlı müəllimlərin təklifləri dinlənilib

AzTU-nun İdman klubunun inkişafı ilə bağlı müəllimlərin təklifləri dinlənilib Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev ali təhsil müəssisəsinin İdman klubunun müəllimləri ilə görüş keçirib.
Rektor ölkədə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, AzTU-nun İdman klubunda da tələbələrin mütəmadi idmanla məşğul olmalarına şəraitin yaradılması, onların respublika və beynəlxalq miqyaslı yarışlara hazırlaşmalarını təmin etmək prioritet istiqamətlərdəndir. Rektor AzTU tələbələri arasında dünya və Avropa çempionlarının olmasının qürurverici olduğunu bildirib.
Görüşdə İdman klubunda görülən işlər və mövcud problemlər barədə məlumat verilib. Həmçinin İdman klubunun perspektiv inkişafı ilə bağlı müəllimlərin təklifləri dinlənilib. Rektor qeyd olunan problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib və belə görüşlərin mütəmadi keçiriləcəyini diqqətə çatdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər