AzTU-nun rektoru universitetin basketbol komandası ilə görüşüb

AzTU-nun rektoru universitetin basketbol komandası ilə görüşüb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin basketbol komandası ilə görüş keçirib.
Rektor ölkədə basketbolun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, AzTU-nun basketbol komandasının respublika və beynəlxalq miqyaslı yarışlara hazırlaşmalarını təmin etmək prioritet istiqamətlərdəndir.
Görüşdə komandanın fəaliyyəti ilə bağlı görülən işlər barədə məlumat verilib, perspektiv inkişaf ilə bağlı idmançı və məşqçilərin təklifləri dinlənilib. Rektor qeyd olunan məsələlərlə əlaqədar müvafiq tapşırıqlar verib və belə görüşlərin mütəmadi keçiriləcəyini deyib.

Tehsil-press.az



Oxşar xəbərlər