Müstəqillik tariximizdə Milli Məclisin binası hər cür əqidəsi, dünyagörüşü, düşüncəsi, əməli olan deputat görüb. Kimlərsə öz xeyirxaqlıqlarına, seçicilərinin problemləri ilə yaşadıqlarına, ən azından onları həll etməyə çalışdıqlarına, kasıb və imkansızlara əl uzatmaqlarına görə tanınıblar. Bəziləri Milli Məclisin divarlarını siyasi bataliyalar arenası zənn edib, iddialar irəli sürüb, müxalifət iqtidarı, iqtidar müxalifəti tənqid atəşinə tutub. Ağıllı, savadlı deputatlarımız qanunvericiliyimizin təkmilləşməsinə, ayrı-ayrı ölkələrlə parlamentlərarası əlaqələrimizin inkişafına töhfələr veriblər. Onların bir qismi “heç nə eləməməklə” məşğul olublar, illərlə deputat kürsüsündə vaxt keçiriblər, maaş alıblar, cəmiyyətimiz isə onların nə üzünü görüb, nə də adını eşidib. Amma parlamentə necə gəlib çıxdığı hələ də müəmma olaraq qalan bəziləri də necə ki, adi həyatda avantüranı, demaqoqiyanı, ona buna çamur atmağı ictimai fəallıq hesab ediblər, elə indi də deputat statusunda həmin fəaliyyəti davam etdirirlər...
Etibar Əliyev millət vəkili olmamışdan əvvəl həyatını təhsilimizi yıxıb sürüməyə həsr etmişdi. Adam hər gecə yatmağa uzananda keçirdiyi günü götür-qoy edib, uğur və itkilərini tərəzidə ölçüb-biçib təhsil barədə bir status yazırdı, səhər yuxudan ayılanda gecə necə yatmasına uyğun birini, naharda yeməyə nə tapmasından asılı olaraq, mədəsinin ehtiyaclarına uyğun da birini. Fövqəladə hallarda məqalə də yazırdı, düşünürdü ki, özü “ekspertdir”, yazdığı da “təhlil”. Yazıb bitirdikdən sonra oturduğu stulu kompüterdən 2 metr aralıyıb məqaləsinə baxardı və sual edərdi – “axı mənim kimi dahi ekspert niyə Milli Məclisdə oturmamalıdır”.
Həyat çox qəribədir. Qəribəliyi onda deyil ki, bir gün səhər tezdən yuxudan ayılırsan, bir də görürsən ki, deputatsan. Bunu əsla iddia etmirik. Seçki, seçici, səsvermə var axı. Birdə hansı seçki qüsursuz olur?
2020-ci il parlament seçkilərindən sonra bir sıra seçki dairələrinin nəticələri ləğv olundu. İddia etmək olar ki, qüsurlar aradan qaldırıldı. Amma heç də elə deyil. O vaxt da görürdük, indi də düşünürdük ki, 31 saylı Suraxanı ikinci seçki dairəsində səsvermənin nəticələri də ləğv olunmalıydı. Çünki Etibar Əliyevin millət vəkili olması indi 2020-ci il seçkilərinin ən böyük qüsurudur.
Seçkilərdən ötən 2 ili təhlil edirsən, oturub internetdə məlumatları axtarırsan, düşünürsən, bəlkə Azərbaycan dilində məlumat yoxdur, Etibar Əliyev kimi “ekspertin” məlumatları ingilis dilində çıxır…
Axı onun böyük qanunvericilik təşəbbüsləri, ağıllı çıxışları olmalıydı, seçicilərlə görüşləri, onların problemlərinin həllinə dəstəyi, yetim-yesirə yardımları barədə məlumatlar tapmalıydıq. Tapmadıq. Əvəzində…
“Etibar Əliyevin deputat kimi ilk işi bu oldu” başlıqlı məqalədə bildirilir ki, “31 saylı seçki dairəsindən deputat seçilən Etibar Əliyevin ilk işi “facebook”da yazıçı Tural Cəfərovu (Qan Turalı) dostlar siyahısından çıxarmaq olub”. Yaxşı başlanğıcdır, elə deyilmi?!
Digər başlıq isə belədir: “Etibar Əliyev: “Ölkənin birinci təhsil eksperti mənəm”.
Bu, özünüreklam, özündən müştəbehlik deyil, nədir? Ağzını açıb, gözünü yumub nə gəldi danışmaq ekspertlikdirsə, onda həqiqi ekspertləri kim adlandıraq? Bəlkə elə buna görədir ki, Etibar Əliyev fəaliyyətini mənasız iddialardan praktiki müstəviyə keçirmək qərarına gəlir və dərhal da yeni sərlövhə: “Təhsil Nazirliyi ilə İctimai Şura arasında konflik niyə yaranıb?”
Deputat direktorların təyinatından narazıdır və buna görə də qalmaqal yaradıb məsələnin həllinə nail olmaq istəyir. Düzdür, tənqid edir, amma təklif irəli sürmür. Niyə? Çünki səviyyəsiz təklif irəli sürüb özünü biabır etmək istəmir, ağıllı təklif irəli sürməyə də intellekti çatmır. Ona görə də köhnə sınanılmış metoddan istifadə edir, qalmaqal yaradır və çəkilir durur qıraqda. Təhsillə bağlı sözü olmayanda da "facebook"dakı dostları ilə məşğul olur.
İnterneti başdan başa bürüyən başlıqlar: “Deputat Etibar Əliyev qeyri-fəal feys dostlarından imtina etməyə çağırdı...”. Yani deputatımız cənab Zukkerberqin əziyyətinin hədər getməsindən narahatdır, istəyir hamı sosial mediada fəal olsun. Yaxşi, Etibar bəyin anlamında fəal olmaq nədir?
Növbəti başlıq: “Bunu etməyən şəxsi vicdansız hesab edirəm" - Deputat onları tənqid etdi”. Məsələnin mahiyyəti də ondan ibarətdir ki, Etibar Əliyev feysbuk hesabında paylaşımlarına reaksiya verməyən dostlarını tənqid edib. Yəni, sən Etibar Əliyevin dostluğunda varsansa və onun paylaşımlarını layklayırsansa vicdanlı və fəalsan, etmirsənsə, vicdansız və tənbəlsən. Bax bu qədər sadə...
Amma deputatımızın fəaliyyəti tək bununla bitmir. Axı təhsilimizin, cənab Zukkerberqin problemlərini “həll etmək” azdır, irəli getmək, inkişaf etmək lazımdır. Beləcə deputatımız girişir televiziya məkanına və yumor ustalarının fəaliyyət sferasında məsələlərin tənzimlənməsinə dair öz dəyərli fikirləri ilə vulkan püskürür. Bu dəfə hədəf “Komedixanadır”.
Millət vəkilimizin fikrincə, onlar təlxəkdirlər. Beləcə də yazır adam. Təbii ki, cavab özünü çox gözlətmir və yumoristlərdən birinin reaksiyasına dair yeni başlıq meydana gəlir: “Aktyordan deputata sərt cavab: “Kostyum geyinib, qalstuk taxıb təlxəklik etmirik”.
Bəs deputat komedixana səviyyəsinə düşəndə ona necə cavab verilməlidir?
Əslində, deputat özü belə bir vəziyyətin yaranmasına imkan verməməlidir. Əgər veribsə, heç olmasa oturduğu kürsünün çəkisini göz önünə gətirib dayanmağı bacarmalıdır. Bu, normal haldır və adekvat insanlar belə də edir. Amma bizim “dahi təhsil ekspertimiz” dayana bilmir axı – növbəti başlıq: “Etibar Əliyevdən onu tənqid edənlərə: “Ay bəzi axmaqlar!”.
Nə demək olar, bu, səviyyəsizlikdir, amma səviyyəsizlik də bir səviyyədir. Sadəcə nə qədər çalışmalısan ki, bu səviyyəyə düşə biləsən. Çünki bundan sonra tənqid və təhqirlər adamın özünə qarşı yox, oturduğu yerə yönəlir.
Növbəti başlığa diqqət yetirək: "Milli Məclis park zaddı?...” - “Komedixana”dan deputat Etibar Əliyevə cavab”.
Gördünüzmü? Burnunu əzdilər, oturduğu yerə söz atdılar, özünə də dedilər ki, şou-biznesdə sənə yer yoxdu.
Fikrinizcə, Etibar Əliyev burada dayanmalıydı, yoxsa davam etməliydi? Yəqin ki, bir düşünməliydi, götür-qoy etməliydi ki, mən hara gedirəm, nə edirəm, sonum nə olacaq? Amma yox. Etibar Əliyev hesab edir ki, bütün bəlaların başında duran mətbuatdır. Yəni, saytlar ona yönəlmiş tənqidləri verməsələr, ictimailəşməyəcək və “bir nömrəli təhsil eksperti”nin “böyük nüfuzuna” xələl gəlməyəcək. Belədə nə etmək lazımdır? Əlbəttə, yeni hədəf mediadır.
“Dahi ekspertin” son zamanlar media ilə bağlı iddialarını qısaca belə təsvir etmək olar: ölkədə media siyasəti yanlışdır, media bərbad haldadır, jurnalistlərimiz də…
Deputat son statusunda yazır: “MEDİA-nın "Dərinləşən media islahatları: Yeni hədəflərə doğru" mövzusunda konfransı keçirilib. Bu konfransda mütləq elmi çıxışlar özünəməxsus yer almalı idi. Paneldə əyləşənlərə baxdım: Jurnalistikanın elmindən xəbəri olan kimsəni görmədim. Uzun illər media sektorunda intriqalar yaradan yekəxana, oxumamış, narsissizm qabitusundan böyük olan bir neçə nəfəri gördüm”. Məşhur “Yol əhvalatı” filmində bir epizod var. Qəbirstanlıqda Qurban kişi iclas keçirir, bacısı oğlu Makintoşu ona saxta qalstuk satmaqda ittiham edir və deyir: “Belələrinə nə ad vermək olar, qrabitel, tüfeyli. Amma bunu heç bir vicdansız alverçi etməzdi, sən elədin”.
Yəni, əziz media rəhbərləri, siz deputat Etibar Əliyevin gözündə intriqant, yekəxana, oxumamış, narsissizm qabitusundan böyük olan birilərisiniz. Bu tərifdir, təhqirdir, nədir, qoy hər bir qələm sahibi özü qiymət versin.
Dünən hamı peşə bayramı münasibətilə jurnalistləri, media işçilərini təbrik etdi. Etibar Əliyev isə təhqir. Bu onun mənəviyyatsızlıq problemidir, səviyyəsizliyidir, intellekt kasadlığıdır, nədir, bilinmir. Ona görə də təbii sual doğur - bu qüsur Milli Məclisdə nə edir?
İntriqaçı, özündən müştəbeh, “Komedixana” səviyyəli, deputat mandatının mahiyyətini seçkilərdən iki il sonra belə anlamayan birisi… Bir sözlə, adamın həyat yolu insan həyatının faciəsidir.
Tehsil-press.az