“Vaşinqton Tayvanda separatizmi dəstəkləmir”.
Bunu ABŞ Prezidenti Co Bayden Çin prezidenti Si Cinpinlə telefon danışığı zamanı deyib.
“Bir daha qeyd etmək istəyirəm ki, ABŞ-ın “Vahid Çin” siyasəti ilə bağlı mövqeyi dəyişməyib və dəyişməyəcək, Amerika tərəfi Tayvanda separatizmi dəstəkləmir”, - deyə Bayden deyib.
O qeyd edib ki, Çin-ABŞ əməkdaşlığı təkcə iki ölkənin xalqlarının deyil, bütün dövlətlərin xeyrinədir və ABŞ Çinlə maneəsiz dialoqu davam etdirməyə ümid edir:
“Biz ümid edirik ki, Çinlə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirək, eləcə də bütün fikir ayrılıqlarını lazımi qaydada həll edək”.
Tehsil-press.az