Bu gün Mətbuat Şurasında mediada və sosial şəbəkələrdə Orduya dair bilgilərin yayılması və ictimai rəyin yanlış yönləndirilməsi təmayülləri ilə bağlı toplantı keçirilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, son zamanlar bir sıra şəxslər sosial şəbəkələrdəki səhifələrində Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlayıb. O nəzərə çatdırıb ki, bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görülüb: "Sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, “miq.az” saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayıl Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
“Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib".
Mətbuat Şurasının sədri deyib ki, Müdafiə Nazirliyinin fəaliyyətində nöqsan varsa, təbii ki, bu da yazılmalıdır: “Söhbət burada ondan getmir ki, biz Tofiq Şahmuradovun, hansısa blogerin, media mənsubunun həbsini alqışlayırıq. Mən tədbirdən əvvəl Baş prokurorla da danışdım ki, hansısa formada Tofiq Şahmuradovun həbsdən azad edilməsinə nail ola bilərik”.
Mətbuat Şurasının sədri qeyd edib ki, qanunvericiliyə əsasən, xəbərdarlıq edilən və nəticə çıxarmayan elektron informasiya resursları müvəqqəti bloklana, informasiya resursunun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilə bilər: “Sosial şəbəkədə də müəyyən qayda-qanun yaradılması üçün biz öz təkliflərimizi verə bilərik. Müzakirələrin yekununda bu barədə bəyanat qəbul edə bilərik”.
Tehsil-press.az