UFAZ-ın bakalavr proqramlarına qəbul üçün qeydiyyat avqustun 1-də başa çatacaq

UFAZ-ın bakalavr proqramlarına qəbul üçün qeydiyyat avqustun 1-də başa çatacaq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına 2022-2023-cü tədris ili üzrə onlayn qeydiyyat üçün müraciətlər avqustun 1-də başa çatacaq.
Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş I ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan azı 500 bal toplamış abituriyentlər UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.
Xatırladaq ki, UFAZ-a qəbul imtahanı avqustun 4-də keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər