Elektron qeydiyyat zamanı valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır

Elektron qeydiyyat zamanı valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək. Elektron qeydiyyat zamanı valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.
Valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Valideyn məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.
Xatırladaq ki, dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər