ABŞ səhiyyə və sosial xidmətlər naziri Havyer Beserra ölkədə meymunçiçəyinin yayılması səbəbindən cümə axşamı fövqəladə vəziyyət elan edib.
Beserra Bayden administrasiyasının bu virusa qarşı mübarizə üzrə gücləndirilmiş tədbirlər görməyə hazır olduğunu bildirib və hər bir amerikalını bu xəstəliyə ciddi yanaşmağa çağırıb.
Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin məlumatına görə, çərşənbə gününə qədər ABŞ-da meymunçiçəyinə yoluxma ilə bağlı 6.617 təsdiqlənmiş fakt qeydə alınıb.
Amerika hökumətinin bu qərarı Ümumdünya Səhiyyə Təşkilatının 23 iyul tarixli bəyanatında sonra qəbul edilib. Bəyanatda göstərilir ki, meymunçiçəyi səhiyyə sahəsində qlobal fövqəladə vəziyyət səviyyəsinə çatıb. ABŞ-ın bir neçə şəhərində və ştatında da fövqəladə vəziyyət elan edilib.
Digər tərəfdən, Birləşmiş Ştatlar çiçək xəstəliyinə qarşı “Bavarian Nordic” şirkəti tərəfindən istehsal edilən “Jynneos” vaksininin çatışmaması ilə üzləşib. Bu, Qida məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti idarəsi tərəfindən bəyənilmiş yeganə vaksindir. Hazırda ölkə apteklərində 1,1 milyona yaxın vaksin dozası yayılması nəzərdə tutulur, halbuki təqribən 3,5 milyon doza vaksinə ehtiyac var. Oktyabr ayına qədər vaksin dozalarının çox olacağı gözlənilmir.
Tehsil-press.az